Qədr gecəsi Qurani-Kərim nazil olduğu gecədir. Bu gecə ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Bu gecənin bir sıra müstəhhəb əməlləri var.

  1. Qüsl almaq. Gün batandan sonra Qədr gecəsinin qüslunu almaq.
  2. Əhya saxlamaq. Bu gecə sübh azanına kimi oyaq qalmaq. Əhya gecənin ən mühüm əməllərindən sayılır. Belə ki, digər əməllər görülməsə də, təkcə əhya saxlamaq savabdır.
  3. Quran oxumaq.
  4. Qədr gecəsinin namazını qılmaq. Namaz “Qədr gecəsinin namazı” niyyəti ilə qılınır və sübh namazı kimi iki rükətdən ibarətdir. Lakin hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi deyilir. Namazdan dərhal sonra səcdəyə gedib 70 dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan üzr diləyir və Ona tərəf qayıdıram) 70 dəfə deyilməlidir.
  5. 100 rükətli namaz qılmaq. “Qədr gecəsinin namazı” niyyəti ilə 50 dəfə iki rükətli namaz qılmaq. Qəza namazı olanlar 6 günün qəza namazlarını qıla bilər.
  6. İstiğfar və tövbə etmək. Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək də olar.
  7. İnsanları bağışlamaq və haqqını halal etmək.
  8. Peyğəmbərə (s) və Əhli Beytə (ə.s) çoxlu salavat göndərmək: “Allahummə salli əla Muhəmməd və ali-Muhəmməd”.
  9. Sədəqə vermək.
  10. Quranı açaraq qarşınıza qoyub “Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihi ismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc’ələni min utəqaikə minənnar” (İlahi, Səni and verirəm nazil etdiyin Kitaba və onun içində olanlara – ən uca adına, bütün gözəl adlarına, qorxulmalı və ümid bəslənməli şeylərə – məni cəhənnəm atəşindən azad et) duanı oxumaq və sonra Allahdan hacətini diləmək.
  11. Quranı başa qoyub and vermək:

Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə,

  • Bikə ya Allah (10 dəfə)
  • Bi Muhəmmədin (10 dəfə)
  • Bi Əliyyin (10 dəfə)
  • Bi Fatimətə (10 dəfə)
  • Bil-Həsəni (10 dəfə)
  • Bil-Hüseyni (10 dəfə)
  • Bi Əliy-yibnil-Huseyni (10 dəfə)
  • Bi Muhəmməd ibni Əliyyin (10 dəfə)
  • Bi Cəfər ibni Muhəmmədin (10 dəfə)
  • Bi Musə-bni-Cəfərin (10 dəfə)
  • Bi Əliy-yibni Musa (10 dəfə)
  • Bi Muhəmməd ibni Əliyyin (10 dəfə)
  • Bi Əliy-yibni-Muhəmmədin (10 dəfə)
  • Bil-Həsən ibni Əliyyin (10 dəfə)
  • Bil-Huccəti (10 dəfə)

12. Cövşən-Kəbir duasını oxumaq

13. İmam Əlinin (ə.s) ziyarətnaməsini oxumaq. Ramazan ayının 19-cu gecəsi, həmçinin İmam Əli (ə.s) namaz üstündə zərbələndiyi gecədir. 21-ci gecə isə Həzrət (ə.s) şəhadətə çatıb. Bu səbəbdən bu gecələrdə İmamı (ə.s) uzaqdan ziyarət etmək bəyənilir.

14. İmam Hüseynin (ə.s) ziyarətnaməsini oxumaq.

15. İmam Zamanın (ə.s) zühurunun tezləşməsi üçün Fərəc duasını çox oxumaq.