Məkkədəki Məscidul-Həramın rəhbərliyi zəvvarların hərəkəti üçün onlara kompakt elektrik avtomobillər təşkil edib. Bu barədə İslamnews xəbər verib.

Bildirilib ki, sözügedən tədbir zəvvarların oruc halında əziyyətsiz hərəkəti üçün nəzərdə tutulub. Belə ki, bəzən onlar məscid ərazisində uzun yol getməyə məcbur olurlar. Bu isə ziyarətçilərin enerjisinə qənaət etməyə yardım olur.

Məlumata görə, hazırda 3000 elektrik avtomobildən ibarət ilk partiya artıq zəvvarların istifadəsinə verilib.

Bundan əlavə, Məscidül-Həram və Peyğəmbər (s) məscidində Zəm-zəm suyu robotlar vasitəsilə paylanır. Aparatların suyu paylama gücü 10 dəqiqə ərzində 30 şüşəyə bərabərdir. Qeyd olunub ki, bu rejimdə robotlar dayanmadan 8 saat çalışa bilər.