Məkkə və Mədinə ziyarətgahlarında qadınlara xidmət edəcək robotlar işə salınıb. Qadınlar dini ayinləri xüsusi cizahlar vasitəsilə öyrənə biləcəklər. Bu barədə İslamnews xəbər verib.

Sensorlu ekranlarla təchiz edilmiş və təkərlər üzərində hərəkət edən robotların köməyi ilə zəvvarlar öz suallarına cavab tapacaqlar. Aparatı 11 dildə – ərəb, ingilis, türk, fars və digər dillərdə istifadə etmək mümkündür.