İraqın müxtəlif əyalətlərində Əhli Beyti (ə.s) sevənlər ramazan ayının 21-ci gününə (aprelin 22-si) təsadüf edən İmam Əlinin (ə.s) şəhadətini keçirməyə hazırlaşır. Bu barədə aprelin 20-də Shiawaves xəbər verib.

Ramazan ayı boyunca, xüsusilə də Qədr gecələrində ziyarətçilər hərəmlərə kütləvi axın edir. Müqəddəs Kərbəla şəhəri, İmamların (ə.s) hərəmləri, məscidlər və hüseyniyyələr imsak və iftar süfrələri ilə yanaşı, əzadarlıq məclisləri də təşkil edəcək.

İmam Əli (ə.s) hicrətin 40-cı ilində ramazanın 21-ci gecəsi (cümə gecəsi) şəhadətə çatıb. İmam İraqın Nəcəf şəhərində dəfn olunub və bu gün onun məzarı milyonlarla insanın ziyarət yerinə çevrilib.