Ötən gecə Bakı hotellərinin birində imsaka gələnlər obyekt işçilərini qarət etdi. Bu barədə aprelin 20-də Trend xəbər verib.

Məlumata görə, hadisə gecə saat 03:20 radələrində baş verib. Hoteldə yerləşən restoranın işçiləri yemək hazırladıqları zaman onların gödəkçələrindən oğurluq edilib.

Restorana müştəri qismində daxil olan naməlum şəxslər oradan telefon, pul və bank kartını oğurlayıblar. Oğruların 10 EY 442 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobillə hadisə yerindən qaçdıqları bildirilib. Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.