Bu gün, aprelin 20-dən etibarən Məşhəddə İmam Rza (ə.s) hərəminin ətrafında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə news.razavi.ir xəbər verib.

Bildirilib ki, ramazan ayının 19, 21 və 23-də saat 17:00-dan sonra yollar bağlanacaq. Bu tədbirlər Qədr gecələrində hərəmə olan insan axınının qarşısını almamaq və zəvarların hərəkətini asanlaşdırmaq üçün həyata keçirilir.

Bu il Qədr gecələri aprelin 20, 22 və 24-nə təsadüf edir. Bununla əlaqədar Azərbaycanda da məscidlərdə ehsan süfrələri və əhya məclisləri təşkil olunacaq.