Aprelin 20, 22 və 24-də Bakının Məşədi Dadaş məscidində Qədr gecələri keçiriləcək. Bu barədə məscidin hesabında məlumat verilib.

Əhya gecəsi saat 22:00-da xütbə ilə başlayacaq. Saat 23:15-də gecənin duaları, 02:00-da isə Cövşən-Kəbir duası oxunacaq.

Həmçinin bildirilib ki, iştirak edə bilməyənlər məclisi canlı olaraq məscidin sosial şəbəkələrində izləyə bilər.

Bu il Azərbaycanda ramazan ayı aprelin 3-də daxil olub. Qədr gecələri isə ayın 20, 22 və 24-nə təsadüf edir. Məclislər nəyinki Məşədi Dadaşda, digər ibadətgahlarda da təşkil olunacaq.