Göyçayda “Zeynəb” restoranında təşkil olunan iftar süfrəsində 10 nəfər zəhərlənib. Bu barədə Report xəbər verib.

Belə ki, aprelin 19-u gecə saatlarında 10 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin məlumata görə, həmin şəxslər pomidor turşusundan zəhərlənib. İlkin yardım aldıqdan sonra onlar müalicə üçün evə buraxılıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir, toplanılan materiallar rayon prokurorluğuna göndərilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi zəhərlənmə olub-olmaması ilə bağlı araşdırma başlayıb, nəticə əldə olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək.