Aprelin 22-də Bülbülə məscidində İmam Əlinin (ə.s) şəhadət gecəsi keçiriləcək. Bu barədə aprelin 19-da məscidin telegram kanalında məlumat verilib.

Tədbir saat 22:00-da başlanacaq. Məclisdə Hacı Saleh xütbə deyəcək, sonra isə Kərbəlayi Həsən ilə birlikdə zikri-müsibət və əzadarlıq keçiriləcək. Sonda şəhadətin ikinci Qədr gecəsinə təsadüf etdiyinə görə gecənin əməlləri görüləcək. Məclisin sonunda imsakın ehsan olunacağı da bildirilib.