Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) artıq yeni tədris binasına köçür. Bu barədə aprelin 19-da yenicag.az xəbər verib.

Hazırkı təhsil binası Bakı Dövlət Universitetinin balansındadır. Lakin bildirilib ki, institutun yeni binaya köçürülməsi ən tez zamanda yekunlaşacaq.

Aprelin 11-də Aİİ-nin yeni binası istifadəyə verilib. Açılışda ölkə rəhbəri də iştirak edib. Yeni inzibati bina Yasamal rayonunda, 6-cı paralel kimi tanınan Əcəmi Naxçıvani küçəsində yerləşir. Məlumata görə, hazırda İlahiyyat İnstitutunda 277 tələbə və 43 müəllim var.