Müqəddəs ramazan ayı ilə əlaqədar Məşədi Dadaş məscidində aztəminatlı ailələrə yardım aksiyası keçirilib. Bu barədə məscidin axundu Hacı Şahin öz hesabında paylaşım edib.

Məlumata görə, ərzaq paketləri düyü, un, yumurta, toyuq, yağ, qənd, duz və bir sıra ərzaqlardan ibarətdir. Məhsullar məsciddə ayrıca qutulara toplanır və ehtiyaclılara göndərilir.

Bundan öncə, aprelin 10-da da məsciddə eyni aksiya təşkil olunub.