Kanada məscidində silahlı insident baş verib. Naməlum şəxs odlu silahla 5 nəfəri yaralayıb. Bu barədə shia-news xəbər verib.

Hadisə sübh namazı vaxtı Toronto şəhərinin məscidində baş verib. Hadisəni törədən şəxsin 6 dəfə atəş açdığı bildirilib. Saxlanılan şəxslə barəbər neçə insanın əli olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Zərərçəkənlərin 28-35 yaşlı olduqları qeyd olunub. Onlardan 3-nün artıq evə buraxıldığı qeyd olunub. Digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Son illər Kanadada müsəlmanların sayı getdikcə artır. Kanada Statistika Bürosunun araşdırmasına əsasən, 1996-cı ildən 2019-cu ilədək ölkədə müsəlmanların sayı üç dəfəyə qədər artıb. Məlumata görə, müsəlmanların sayı ölkənin əhalisindən 1,1%-dən 3,7%-dək artıb. İslam Kanadada ən tez yayılan dindir. Hazırda ölkədə 1 milyondan çox müsəlman yaşayır.

Bənzər hadisə aprelin 15-də Qüdsdəki Əl-Əqsa məscidində baş verib. İsrail hərbçiləri məscidin daxilində odlu silah və gözyaşardıcı qazdan istifadə edərək fələstinlilərə hücum edib. Nəticədə azı 152 fələstinli xəsarət alıb.