Dini qurumlara 3 milyon 100 min manat maliyyə yardımı ayrılıb. Prezident bununla bağlı 18 aprel tarixində sərəncam imzaladı.

Ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon AZN, digər qeyri-islam dini qurumlara isə hər birinə 350 min AZN ayrılıb.

Daha öncə Azərbaycanda dini qurumlara maliyyə yardımı 3 milyon 250 min AZN məbləğində 8 iyul 2021-ci ildə göstərilib.