Ramazan ayı ərzində Məscidul-Həramda 8 milyon litr Zəm-zəm suyu paylanıb. Bu barədə aprelin 16-da az.shafaqna.com xəbər verib.

Qeyd olunan rəqəm ramazanın ilk 10 gününə aiddir. Həmin 8 milyonun 3 milyonu su qabları və məscidin ətrafından alınan konteynerlər vasitəsilə verilib.

Həmçinin bildirilib ki, 10 gün ərzində məscid 4 min əməkdaş tərəfindən 100 dəfə təmizlənib. Təmizliyə 1,3 milyon litr dezinfeksiya maddəsi və 25 litr ətir sərf olunub.