Türbə Masallı rayonunun Qızılağac kənd qəbiristanlığında yerləşir. Aqşin Mistanlı “Cənub bölgəsinin abidələr ensiklopediyası”-nda məqbərinin 700-800 illik tarixə malik olduğunu qeyd edir.

Axund Fəthullah türbəsi kərpicdən tikilib və dam örtüyü qırmızı kirəmitlə örtülüb. Məqbərə dördbucaqlı formadadır, bir qapıya və üç pəncərəyə malikdir. Türbənin tavanı da düzbucaqlı formadadır. Məqbərənin içərisində qəbir və başdaşı qoyulub. Başdaşı üzərində ki yazılar fars dilindədir.

Axund Fəthullah türbəsi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.