Məşhəd şəhərində yerləşən İmam Rza (ə.s) hərəmində gündəlik 70 mindən çox insana iftar verilir. Bu barədə ziyarətgahın saytında xəbər verilib.

Hər gün hərəmin müxtəlif həyətlərində 3000-4000 min nəfərlik iftar süfrələri açılır. Ziyarətgah rəsmisinin sözlərinə görə, iftar paketləri hərəm ətrafında da paylanılır.

Bildirilib ki, hava şəraiti imkan verdikcə sözügedən tədbirlər ramazan ayının sonunadək davam edəcək.

İftar süfrələri, həmçinin İraqın Samirra şəhərində, İmam Həsən Əskərinin (ə.s) hərəmində verilir. Məlumata görə, orada gündəlik 4000 nəfərlik ehsan süfrəsi qurulur.