Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövətlərin Dini Liderlər Şurasının ikinci toplantısı Azərbaycanda keçiriləcək. Bu barədə aprelin 15-də Oxu.az xəbər verib.

Məlumata görə, toplantının bu ilin sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılır. Məhz sözügedən tədbirdə Dini Liderlər Şurasının Nizamnaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Aprelin 15-də İstanbulda TDT-ə üzv dövətlərin Dini Liderlər Şurasının birinci – təsis toplantısı baş tutub. Tədbirdə Azərbaycanı təmsil edən isə QMİ sədri Allahşükür Paşazadədir.