Yasamal Rayon İcra Hakimiyyəti sakinlər üçün iftar süfrəsi açıb. Bu barədə aprelin 16-da Qafqazinfo xəbər verib.

Məclis Vətən müharibəsi şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükut ilə başlayıb. İftar süfrəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələri, qazilər, millət vəkilləri və dindarlar iştirak edib.

Tədbirdə Qurani-Kərim surələri tilavət olunub, ramazan ayının fəzilətlərindən danışılıb.

Bundan öncə, aprelin 14-də Bakıda şəhid ailələri ilə birgə iftar süfrəsi təşkil olunub. Tədbirə qazilər, şəhid ailələri, idmançı Rafael Fiziyev və din xadimləri qatılıb.