Ayətullah Şeyx Mövla Ağa Lənkərani 1795-ci ildə Lənkəranda anadan olub. O, öz dövrünün Nəcəfi-Əşrəf şəhərində olan görkəmli fəqih və müctəhidlərindən biri idi.
Şeyx Mövla Nəcəfdə “Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olub. О, ustadının üsul və fiqh dərslərini risalə şəklində yazıb və bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunub. Ustadının bəyənatlarını yazıb topladığı iki cildlik “Üsuli-fiqh” kitabı ondan yadigar qalıb.
Аlimin vəfat tarixindən heç bir məlumat yoxdur. Yalnız 1868-1872-ci illərdə həyatda olması məlumdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
- Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.