Aprelin 14-də Bakıda şəhid ailələri ilə birgə iftar süfrəsi təşkil olunub. Bu barədə ilahiyyatçı Hacı Şahinin saytında xəbər verilib.

Məclis Azərbaycan Dövlət Himni ilə başlayıb. Bundan sonra isə Qurani-Kərim ayələri tilavət olunub.

Tədbirə şəhid ailələri, qazilər, müharibədə iştirak edən tibb işçiləri və ictimaiyyət nümayəndələri dəvət olunublar. İftar süfrəsinə, həmçinin məşhur “UFC” döyüşçüsü Rafael Fiziyev qatılıb.

Sonda Seyyid Peyman Boradigahi ramazan ayının duasını və şəhidlərə həsr olunmuş mahnı oxuyub. Bundan əlavə, rejissor Elçin Ağazadənin çəkdiyi “Səngərdə azan” bədii-sənədli filmi təqdim olunub.