Azərbaycanda din xadimlərinin ibadət evlərinə təyin olunması üçün yeni qaydalar tətbiq olunur. Bu barədə Report xəbər verib.

Qaydalara əsasən, din xadimi olmaq istəyənlər imtahan verəcək. İmtahan müsabiqə formasında keçiriləcək və uğurla keçmiş namizədlər din xadimi təyin olunacaq. Sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. İmtahanda şəffaflıq təmin etmək məqsədilə video çəkiliş aparılacaq.

Din xadimlərinin ibadətgahlara təyin olunması prosedurunu tənzimləyəcək qaydaların üzərində işlər hələ də davam edir.