Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Attestasiya Komissiyası yaradır. Belə ki, artıq din xadimləri DQİDK tərəfindən yoxlanılacaq. Bu barədə Report xəbər verib.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, attestasiyadan həm din xadimləri, həm də din xadimi olmaq istəyənlər keçəcək. İmtahanda iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq.

Gündüz İsmayılov qeyd edib ki, attestasiya yeni bir məsələ deyil və əvvəllər də olub. Lakin o zamanlar bu proses QMİ tərəfindən aparılırdı. Hazırda isə QMİ nümayəndələri yalnız imtahanın gedişatını izləyəcək.

Yanvarın 26-da Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra dəyişikliklər edilib. Sözügedən qərarlardan biri isə din xadimlərinin attestasiya prosesinin DQİDK tərəfindən keçirilməsi olub.