Dövrünün fəqihlərindən və yüksək məqamlı alimlərindən olan Ayətullah Hacı Şeyx İbrahim 1839-cu ildə Lənkəran şəhərində anadan olub.
O, ibtidai və orta təhsilini aldıqdan sonra Kərbəla şəhərinə köçür və burada alim Şeyx Əli Hairi Yəzdidən dərs almağa başlayır. Daha sonra Şeyx İbrahim zamanənin məşhur müctəhidi Fazil Ərdəkaninin dərslərinə qoşulur.
Fazil Ərdəkaninin vəfatından sonra Şeyx Nəcəfə gedir, fəqih Ayətullah Mövla Hüseyn Ərdəkaninin üsul və fiqh dərslərində iştirak edir. Burada o, yüksək məqamlı alimlər cərgəsinə çatır. Lənkərani Nəcəfdə öz dərslərini təşkil edir. Onun oğulları Şeyx Əbdül-Cəfəri, Şeyx Əliəkbər və Şeyx Qulaməli Lənkərani alim olublar.
Şeyx İbrahim 1898-ci ildə Nəcəfdə vəfat edib və Həzrət Əlinin (ə.s) pak hərəminin həyətindəki otaqlardan birində dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
- Natiq Rəhimov. Azərbaycanlı din alimləri.Bakı-2014.