Bu gün, aprelin 15-də Qüdsdə İsrail əsgərləri ilə fələstinli sakinlər arasında toqquşma baş verib. İsrail qüvvələri müqəddəs Əl-Əqsa məscidinə silahlı basqın törədiblər. Nəticədə 150-dən çox insan yaralanıb. Bu barədə Aljazeera xəbər verib.

İsrail qüvvələri insanları məsciddən çıxarmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Nəticədə məscid ziyarətçilərindən 400-ü həbs olunub. Qızıl Aypara təşkilatının verdiyi məlumata görə, ibadətgahdan 152 nəfər yaralı çıxarılıb. Həmçinin fələstinlilərin silahsız olduğu da bildirilib.

Bundan əlavə, əsgərlərin məscid yaxınlığında yerləşən klinikaya hücum edərək yaralıların müalicəsinə mane olduqları da qeyd olunub. İsrail əsgərlərinin silahsız qadınlara hücum etməsi faktları da qeydə alınıb.

İbadət evinin daxili dağıdılıb, şüşələri isə sındırılıb. Hazırda ziyarətçilər məsciddə təmizlik işləri aparırlar.

Məscidul-Əqsa İslam dinində üçüncü ən müqəddəs yerdir. Əl-Əqsa müsəlmanların ilk qibləsidir. Məscid Davud (ə.s), daha sonra isə onun oğlu Süleyman peyğəmbər (ə.s) tərəfindən inşa edilib. Həmçinin Əl-Əqsa Kəbə evindən sonra tikilən ikinci ən qədim məsciddir.

Hadisənin görüntüsünü sosial şəbəkələrimizdə izləmək mümkündür.