Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm ağa ziyarətgahında qurban kəsməyə maneələr törədilir. Belə ki, kənardan heyvan gətirməyə icazə verilmir. Bu barədə aprelin 13-də teref.az xəbər verib.

Məlumata görə, ziyarətgah əməkdaşı qurbanlıq heyvanın yalnız pirdən alınmasına icazə verir. Bunun səbəbi isə zəvvarların gətirdiyi heyvanların çəkisinin az olması kimi izah edilir. Pirin özündə isə qiymətlərin baha olması bildirilib.

Bundan öncə, eyni hadisə ötən ilin dekabr ayında baş verib. Hacı Nizam adlı ziyarətgah işçisi zəvvarlara özləri ilə gətirdiyi heyvanı kəsməyə icazə verməyib. Belə ki, heyvanın çəkisi 10 kiloqramdan, yaşı isə 8 aydan yuxarı olmalıdır.

İslam şəriətinə əsasən, qurban kəsmək üçün 5 yaşından aşağı dəvə, 2 yaşından aşağı inək, keçi və 7 aylığından aşağı qoyunun qurban kəsilməsi kifayət etmir.