Kərbəlada ötən həftədən etibarən cümə namazının ikinci xütbəsinin oxunması dayandırılıb. Xütbənin növbəti cümələrdə bərpa olunması barədə heç bir qərar verilməyib. Bu barədə shia-news xəbər verib.

İmam Hüseyn (ə.s) hərəminin imam cüməsi Seyyid Əhməd Əs-Safi cümə xütbəsinin iki hissədən ibarət olduğunu deyib. Bu xütbənin ikinci hissəsi ictimai və siyasi məsələlər barədədir. Onun sözlərinə görə, bu xütbənin mövzusu, bəzən isə məzmunu Ayətullah Sistani tərəfindən yazılır. Daha sonra moizənin mətni ali dövlət orqanına yoxlanışa göndərilir.

Məlumata görə, bəzi şəxslər ali orqanın tövsiyələrinə əməl etmir və xütbədə əlavələr edirlər. Lakin Seyyid Əli Sistaninin yazdığı moizələr sadəcə cümə günündə çıxış etmək üçün deyil, insanlara təsir etmək üçün yazılır.