Azərbaycanda məscid imamlarının maaşının artırılması haqqında qanun qəbul edilib. Bu barədə aprelin 13-də metbuat.az xəbər verib.

Yeni qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən imzalanıb. Buna əsasən, dövlət tərəfindən imamlara verilən maddi yardım 630 manatdan 882 manata qaldırılıb. Qərar, həmçinin imam müavinlərinə də təsir edib. Belə ki, müavinlərin də maaşı 490 manatdan 685 manata yüksəlib.