Mirzə Əli Qazinin oğlu Mirzə Əbül-Qasim Qarabağda anadan olub. O, Qafqazda tanınmış İslam mütəfəkkiri, fəqih və qazilərdən biridir.

Mirzə Qarabaği cavan yaşlarında öz vətənində ərəb ədəbiyyatının müqəddimat dərsləri oxudub. Sonra İranın o vaxtlar dini-elmi mərkəzlərindən biri olan İsfahan şəhərinə səfər edir. Burada o, məşhur alimlərdən, o cümlədən, Molla Əhməd Nəraqi və başqa ustadlardan bəhrələnir. Bir müddətdən sonra Nəcəfi-Əşrəfə köçür və burada ali elmi dərəcəli alimlərdən o cümlədən Kaşiful-Ğita elmindən bəhrələnərək ictihad, məqamına çatır.

Bundan sonra Mirzə Qarabaği vətəninə qayıdır və orada elmi qəzavət və rəyasət məsələlərini öhdəsinə alır. Alim 1864-cü ildə vəfat edir.

Alimdən ərəb dilində iki şeir qalıb ki, burada o, məsumları (ə.s) vəsf edib. Həmin şeirlərin iki sətir, o birindən isə on dörd beyt gəlib çatıb.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.