Futbol üzrə Almaniya çempionatının “Leypsiq”-“Hoffenhaym” oyununda iftara görə qısa fasilə olub. Bu barədə aprelin 13-ü Visiontv.az xəbər verib.

Bildirilir ki, Qvineya əsilli Fransa vətəndaşı “Leypsiq”-in müdafiəçisi 21 yaşlı Məhəmməd Simakan müsəlmandır və oruc tutur. Hakim matç zamanı oruc açmaq üçün ona şərait yaradıb.

Qeyd edək ki, matç “Leypsiq” klubunun 3:0 hesablı qələbəsi ilə bitib.