Məscidul-Həramda ötən həftə baş verən hadisə araşdırılır. Bu barədə aprelin 11-də islamnews xəbər verib.

Ötən həftə sosial şəbəkələrdə iki zəvvarın Məkkədə yüksək səslə mübahisə etməsi videosu yayılıb. Hüquq-mühafizə orqanlarının Həcc və Ümrə üzrə xüsusi bölməsi sosial şəbəkələrdə Məkkədə iki zəvvarın mübahisə etməsi məsələsi üzrə araşdırmaya başlayıb. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, münaqişə iştirakçılarının motivləri müəyyənləşdirilir.

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları dindarları ziyarət etdikləri yerlərin müqəddəsliyinə hörmət etməyə və iki müqəddəs məsciddə namaz qılanların dincliyini pozmamağa çağırıb.

Aprelin 5-də Məşhəd şəhərində də İmam Rza (ə.s) hərəmində münaqişə baş verib. Belə ki, 3 nəfər ruhani bir nəfər ziyarətçi təfərindən bıçaqlanıb. Nəticədə 2 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb.