Ramazan ayı münasbətilə “Azercell Telekom” mobil operatoru 2GB həcmində internet paketlərini hədiyyə edir.

Belə ki, “Azercell” fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə imsak vaxtında, 02:00-06:00 saatları arasında istifadə üçün 2GB internet paketi hədiyyə olunur. Bildirilir ki, hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri aylıq internet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya “GəncOL 6/9” tariflərindən birinə qoşulmalıdır.  Ramazan kampaniyası aprel ayının 9-dan mayın 2-dək keçərlidir. 2 may tarixində istifadə edilməmiş qalıq internet sıfırlanacaq.