Niyyət əməlin əsas şərtlərindən biridir. Belə ki, insan hər hansı bir işi gördükdə onu nə məqsədlə etdiyini anlamalıdır. Bu istər sədəqə kimi müstəhhəb əməl, istərsə də namaz və oruc kimi vacib əməllərin niyyəti olsun.

Bəziləri hesab edir ki, niyyət gərək səsli şəkildə iqrar edilsin. Lakin şəriətdə belə bir tələb yoxdur. Heç bir müctəhid niyyətin mütləq səslə deyilməsini vacib bilmir.

Niyyət görülən əməlin məqsədidir və bu məqsədi ağıl ilə anlamaq kifayət edir. Yəni bir insan işə başlamazdan öncə onu nə üçün etdiyini dəqiq bilsin. Bu eynən qüsl almaq üçün təharətə gedən şəxs. Həmin insanın yuyunma otağında isti suyu qoşması və bu kimi digər müqəddimə əməlləri etməsi artıq onun qüsl almaq niyyətində olduğuna işarədir. Bunun üçün ayrıca olaraq “flan qüslu alıram” deməsinə gərək yoxdur.