Müqəddəs Məscidul-Həram məscidində yeni ibadət zalları istifadəyə verilib. Bu barədə az.shafaqna.com xəbər yayıb.

Məlumata görə, ziyarətgahda 80 yeni zal açılıb. Həmin zallar 300 min müsəlmanın ibadət etməsi üçün imkan yaradır.

Sözügedən ibadət otaqlarına giriş məscidin şimal, şərq, qərb tərəflərindən və əsas giriş qapısından daxil olmaq olar. Layihə rəsmisinin sözlərinə görə, yeni məkanlar məscidin müxtəlif mərtəbə və ərazilərində yerləşir.

Əlavə ibadət sahələri Məscidul-Həramın genişləndirilmə işləri çərçivəsində inşa edilib. Layihənin üçüncü mərhələsində isə yeni zallar istifadəyə verilib.