İstanbul İslam Sivilizasiyaları Muzeyi şəhərin ən böyük məscidi olan Çamlıca məscidinin yanında yerləşir. Onun sahəsi 10 min kvadratmetrdir. Muzeydə Topqapı Sarayı, Türk və İslam Sənəti Muzeyi, İstanbul Arxeologiya Muzeyi, İstanbul Türbələr Muzeyi və digər sərgi yerlərindən tarixi eksponatlar nümayiş etdirilir.

İslam Sivilizasiyaları Muzeyinin kolleksiyası qonaqlara 1200 illik İslam tarixindən nadir eksponatlar təqdim edir ki, onların çoxu indiyədək heç vaxt sərgilənməyib. Hazırda onun kolleksiyasına XII-XIX əsrlərdə yaradılmış 800 sənət əsəri daxildir.

Muzey 15 tematik zaldan ibarətdir. Bunlar türk incəsənəti, Məhəmməd Peyğəmbərə (s) aid ola biləcək əşyalar, müsəlman dünyasının memarlığı, İslam incəsənətinin dekorativ elementləri və s. Ziyarətçilər Peyğəmbərin ayaq izlərini, Kəbənin örtüyü və sultanların kaftanlarını görə biləcəklər.

İstanbulda İslam Sivilizasiyaları Muzeyinin açılış mərasimi aprelin 8-də baş tutub. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.