Bu gün, aprelin 11-də Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışı baş tutub. Tədbirdə ölkə prezidenti iştirak edib. Bu barədə president.az xəbər verib.
Yeni bina Yasamal rayonunda, 6-cı paralel kimi tanınan Əcəmi Naxçıvani küçəsində yerləşir.
Azərbaycan İlahiyyat İnstitutunun əsası 9 fevral 2018-ci ildə qoyulub. Hazırda təhsil ocağı DQİDK-nin tabeliyində fəaliyyət göstərir. İnstitutun rektoru ilahiyyatçı Aqil Şirinovdur. Bundan öncə isə dini təhsil almaq istəyən tələbələr Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alırdılar.