Azərbaycanın İraqdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov Kərbəla şəhərinə səfər edib. Bu barədə səfirliyin səhifəsində məlumat verilib.

Səfər çərçivəsində o, İmam Abbasın (ə.s) və İmam Hüseynin (ə.s) hərəmlərini və Məhəmməd Füzulinin məzarını ziyarət edib. O, bildirib ki, yaxın zamanda şairin məzarının sinə daşının yenisi ilə əvəzlənməsinə dair razılıq əldə edildi. “Bu müqəddəs ayda Kərbəla şəhərindəki ziyarətgahları ziyarət etmək bizim üçün şərəf idi”, – deyə Nəsir Məmmədov deyib.

Nəsir Məmmədov əlavə edib ki, koronavirus pandemiyası azaldıqdan sonra iki ölkə arasında turizm yenidən canlanacaq.