Dövrünün məşhur alimlərindən, fəqih və yazıçılarından olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif 1766-cı ildə Şirvanda anadan olub. Atası Mirzə Rza Şirvanın mömin şəxslərindən biri idi.
O, ibtidai təhsilini Şirvanda başa vurduqdan sonra Nəcəfi-Əşrəf şəhərinə köçür və burada oxuyur. Burada Şeyx Şirvani Seyyid Əli Təbatəbai və başqa məşhur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra o, Təbriz şəhərinə qayıdır və ömrünün sonuna kimi bu şəhərdə yaşayır. Həmçinin Şeyx Şirvani başqa elmlərdə təcrübə qazanmış və kitablar yazmışdır. O kitablardan “Sədəfül-məşhun”, “Nurül-ənvar fi isbati imaməti Əimmətil-əthar”, “Əş-şəhabüs-saqib fi mənaqibi Əli ibni Əbi Talib”, “Dümtül-əxtar fi zikril-əxyar və əxyarül-əxbar” kimi əsərlərin adını qeyd etmək olar.
Şeyx Mirzə Məhəmməd 1833-cü ildə Nəcəfi-Əşrəfdə vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.