2030-cu ildə müqəddəs ramazan ayının gəlişi iki dəfə qeyd olunacaq. Bu barədə aprelin 11-də AZƏRTAC xəbər verib.

Bir ildə ramazan ayının təkrar olunmağı miladi ilə hicri-qəməri təqvimləri arasındakı fərqlə izah olunur. Belə ki, miladi təqviminin bir ili 365 (366) gündürsə, qəməri təqvimində bu 354 və ya 355 gündür. Yəni aralarında ən azı 10 gün fərq var.

Səudiyyəli astronom Xalid əz-Zaqaq bildirib ki, yaranan belə bir fərqə görə bir miladi ilində iki qəməri ili ola bilər. Lakin bu hadisə hər 32-33 ildən bir baş verir.

2030-cu ildə ramazan ayı yanvarın 6-na və 354 (355) gün sonraya, yəni dekabrın 26-na təsadüf edəcək. Bununla da həmin ilin əvvəlində 1 ay, sonunda isə 6 gün oruc tutulacaq.

Sonuncu dəfə belə hadisə 1997-ci ildə qeydə alınıb. Ondan öncə isə ramazanın təkrar olunması 1965-ci ildə baş verib.