Aprelin 9-u Ümumdünya Əhli-Beyt (ə.s) Assambleyası bəyanat yayıb. Bu barədə assambleyanın mətbuat xidməti məlumat verib.

Bəyanatda bildirilir ki, bu hadisə Peyğəmbər (s) və Əhli-Beyt (ə.s) ardıcılları və aşiqlərinin narahatlığına səbəb olub. Pakistan, Əfqanıstan, İran, İraq, Suriya, Küveytdə və digər müqəddəs yerlərdə dəfələrlə məscidlərin müqəddəsliyi təhqir edilib. Oraya namaz qılmaq və ibadət etmək üçün toplaşan insanlar heç bir günahı olmadan qətlə yetirilib. Assambleya üç din xadiminə qarşı baş verən sui-qəsdi qətiyyətlə pisləyir və şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı verir.