Pakistanlı sənətkar 8000 karandaşın üzərinə sap vasitəsilə Qurani-Kərimin bütün surələrini toxuyub. Bu barədə aprelin 9-u İQNA xəbər verib.

Hər surədə surələrin uzunluğundan asılı olaraq istifadə olunan karandaşların sayı fərqlidir. Bir surə üçün 50-70 və ya 100-500-ə qədər karandaş istifadə olunub.

Daha sonra hazır karandaşları lövhəyə yapışdırıb və xüsusi çərçivəyə yerləşdirib.

Sənətkarın sözlərinə görə, o bu işə 10 ilini həsr edib. Hər gün 8 saat bu əsərin üzərində çalışıb. Sənətkarın ailəsi və dostları bu iş üçün ona 3 milyon Pakistan rupi (təxminən 27 min AZN) dəyərində ianə veiblər.