Sığdaş kənd məscidi Masallı rayonunun Sığdaş kəndinin Həzi Aslanov küçəsində yerləşir. İbadət evi XIX əsrdə inşa edilib.
Abidə yarım metr hündürlükdə olan səki üzərində tikilib. Məscidin divarları yerli ustalar tərəfindən qırmızı kərpiclə hörülüb. Ön hissədə iki tağvari qapı və dörd pəncərə var. İbadətgahın yan tərəflərində də əlavə iki tağvari pəncərə var. Giriş qapılarına enli və uzun pilləkənlər çəkilib. İbadət evinin həyətində isə kərpicdən tikilmə Əli (ə.s) bulağı var.
Məscidin 25 metr hündürlükdə qoşa minarəsi var. Günbəz və minarələrin üstü qızılı rəngli dəmir təbəqə ilə üzlənib. Məscid hazırda fəaliyyət göstərir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.