İmam Həsən Əskərinin (ə.s) hərəmində ramazan ayı münasibətilə hər gün 4 min iftar və sahur yeməkləri verilir. Bu barədə hərəmin mətbuat xidməti məlumat verir.

Bildirilir ki, Hərəmdə aydan asılı olmayaraq hər gün zəvvarlara yemək verilir, lakin bu ay gündəlik paylanan yeməklərin sayı artıb. Qədr gecələri və cümə günləri təamların sayı iki dəfəyədək artırılacaq.