Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını 1 milyon nəfərə çatdırıb. Bu barədə aprelin 9-u Report xəbər verib.

Verilən icazələr həm Səudiyyə vətəndaşları, həm də əcnəbilər üçün nəzərdə tutulub.

Bu il Həcc və Ümrə ziyarətinə 65 yaşdan aşağı olan şəxslər buraxılacaq. Zəvvarlar tam peyvənd olunmalıdırlar və gəldikdən sonra PCR testinin mənfi nəticəsini təqdim etməlidirlər.

Daha öncə, fevralın 3-ü Krallıq bu ilin Həcc ziyarətini keçirmək planlaşdıracağını açıqlayıb.