Mədinədə yerləşən Məscidun-Nəbinin əhəmiyyətli dərəcədə genişləndirəcəyi gözlənilir. Bu barədə arabnews xəbər verib.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Məscidun-Nəbinin “Quba” adlı məscidinin ərazisini 10 dəfə artırmaq niyyətində olduğunu bildirib . Məlumata görə, tarixi məscidi görünməmiş yenidənqurma işləri gözləyir.

Layihə çərçivəsində ibadət evinin ərazisi 50 min kvadatmetrədək genişləndiriləcək. Bununla da məscidin tutumu 66 min nəfərə çatdırılacaq.

“Quba” məscidi İslam tarixində Allahın ilk evi və Mədinədə tikilən ilk məsciddir. O, 622-ci ildə tikilib və Peyğəmbər məscidindən 5 km cənubda yerləşir.