Məşhəddə Höccətul-İslam Sadiq Dərayi ilə vida mərasimi keçirilib. Bu barədə aprelin 8-də hawzahnews xəbər verib.

Mərasim İmam Rzanın (ə.s) ziyarətgahında təşkil olunub. Oraya çoxlu sayda zəvvar, alim və tələbələr toplaşıb. Din xadiminin cənazəsi bu gün saat 11:00-da (Bakı vaxtı ilə 10:30) hərəmdə dəfn olunub.

Sadiq Dərayi aprelin 5-də Məşhəd hərəmində törədilən silahlı hücum nəticəsində yaralanıb. Aprelin 7-də isə Dərayi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.