İmam Rzanın (ə.s) hərəmində törədilən hücum nətisəcində yaralanan Höccətul-İslam Məhəmməd Sadiq Dərayi aprelin 7-də şəhid oldu. Bu barədə hawzahnews xəbər verib.

Məlumata görə, ruhani axşam saat 5 radələrində xəstəxanada dünyasını dəyişib. Məşhəd xəstəxanasının rəhbərliyi bildirib ki, Sadiq Dərayi reanimasiyaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. “Digər yaralı – Höccətul-İslam Pakdaman isə müalicənin davam etdirilməsi üçün Rəzəvi xəstəxanasına köçürülüb”, – deyə xəstəxananın rəhbəri əlavə edib.

Aprelin 5-də İmam Rza (ə.s) hərəmində 3 ruhaniyə silahlı hücum olunub. Onlara bıçaqla xəsarətlər yetirilib. Höccətul-İslam Məhəmməd Aslani yerindəcə dünyasını dəyişib. Qalan 2 yaralı xəstəxanaya yerləşdirilib. Hazırda yaralılardan yalnız Möhsün Pakdaman xəstədanada müalicəsini davam etdirir.