İmam Baqir (ə.s) Ramazan ayı haqda buyurub: “Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı: “Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar”.
(Əmali-Səduq, səh. 56, hədis 2)