Azərbaycanda ən çox izlənilən youtube kanalları sırasında məddah Seyyid Taleh Boradigahinin kanalı da yer alıb. Wikipedia.org saytı ötən il ərzində ən çox baxış və izləyici sayı olan Azərbaycanın youtube kanallarının siyahısını dərc edib.

Məlumata görə, 2021-ci ilin reytinqində Seyyid Taleh 627 min izləyici sayı ilə 18-ci yerin sahibi idi. Kanalın baxış sayı isə təqribən 175 milyon təşkil edib.

Lakin hazırda məddahın 792 min izləyicisi var. Bununla da Taleh Boradigahi bu il həmin siyahıda daha üç pillə irəli də ola bilərdi.