Dünən axşam İranın Məşhəd şəhərində Höccətul-İslam Aslaninin yas mərasimi keçirilib. Bu barədə aprelin 7-də hawzahnews xəbər verib.

Minlərlə insan İmam Rza (ə.s) hərəmində mərhumun cənazi ətrafında toplaşaraq onunla vidalaşıblar. Ziyarətgahın mətbuat xidmətinin verdiyi məlumata görə, ruhaninin cənazəsi aprelin 7-də hərəmdə torpağa tapşırılıb.

Məhəmməd Aslani 5 aprel tarixində Məşhəddə, İmamın (ə.s) hərəmində bıçaqlanaraq qətlə yetirilib. Onunla yanaşı daha iki din tələbəsinə xəsarət yetirilib. Hazırda onlar xəstəxanada müalicə alırlar.