Darul Hikmət Elm və Tədris Mərkəzi İmam Həsənin (ə.s) mövludu ilə əlaqədar insanlara ödənişsiz Məşhəd ziyarəti qazanmaq fürsəti yaradıb. Bu barədə tədris mərkəzinin hesabında məlumat verilib.

Bildirilib ki, mövludla əlaqədar aprelin 16-sı saat 20:00-da elmi müsabiqə keçiriləcək. Yarışma 30 sualdan ibarət olacaq. Suallara ən qısa zamanda doğru cavab verən üç şəxs qalib olacaq. Qaliblərə müvafiq olaraq 100, 75 və 50 manat dəyərində pul mükafatı təqdim ediləcək.

Məşhəd ziyarətini qazanmaq üçün əsas şərt 30 sualın hamısına ən tez və düzgün cavab verməkdir. Belə ki, birinci yerin qalibi həm ziyarət, həm də 100 manat pul mükafatı qazanacaq.

Qeyd olunan linkə keçid etməklə müsabiqənin şərtləri barədə ətraflı məlumat əldə etmək mümkündür.